Cənab prezidentə yazdığım ərizənin davamı
Mən Səfər Məmmədovdan ona görə ərizə yazmışdım ki, dörd il idi ki,əkin sahələrimizi sudan istifadə edib qurtardıqdan sonra su basırdı.Arx dolmuşdu.Arxın istismar müddəti illər əvvəl bitmişdi yeni arx qazılmırdı.Arxı qazmaq üçün pul yığın verin deyirdi.Bu səbəbdən mən Səfər Məmmədovdan ərizə yazmışdım.Ərizəmə görə aidiyyatı orqanlar araşdırma aparmadı.Səfər Məmmədov məni məhkəməyə verdi.Saxta ittihamla açılmış cinayət işində özünü müdafiə etmək üçün iki bahalı vəkil tutmuşdu.Ağsu rayon məhkəməsində Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətov əsassız olaraq Səfər Məmmədovun xeyrinə qərar verdi.2022-ci ilin mart ayında Zaur Mikayılov Ağsuda vətəndaşları qəbul edirdi.Mən də qəbula yazılmışdım.Lakin görüşün başlamasına az qalmış Səfər polisin köməyi ilə məni qəbuldan çıxartdı.
2022-ci ilin aprel ayının 29-u Vilayət Eyvazov cənabları Göyçayda vətəndaş qəbulu keçirirdi,mən də qəbula girdim, əhvalatı danışdım.Bir gün sonra Ağsu rayon Polis Şöbəsinin rəisi baş təhqiqatçı Vüsal Hüseynovu kəndimizə Rasim və Oktay qardaślarının evinə göndərərək olmayan torpaq zəbti ilə ərizə yazdırır.Və bununla da mənə yenidən cinayət işi açılır.Həmin vaxtda Ağsu rayon Kəndoba kənd sakinlərindən 19 nəfər,cənab Prezident,sizə,Zaur Mikayılova,Vilayət Eyvazova şikayət ərizələri yazmışdılar.Ağsuda yaranmış şəbəkə üzvlərindən biri olan Rövşən Bağırovun başçılığı altında dövlət büdcəsindən mədənicə pul oğurlayan icra nümayəndəmiz Möhübbət Mədətov 19 nəfərin adından izahat yazır və imzalayır ki, güya onların ərizədən xəbərləri yoxdur,nə də imza onların deyil.Səfər Məmmədovun dili ilə desək ərizəni də mən yazmışam, imzanı da mən atmışam.Paralel olaraq mənə ikinci məhkəmə işi açdılar.
Ardı var