Kanadanın baş naziri Mark Karni iyulun 30-da jurnalistlərə bildirib ki, ölkəsi sentyabrda keçiriləcək BMT-nin toplantısında Fələstin Dövlətini tanımağı planlaşdırır. Bu açıqlama Qəzzada aclıqla əlaqədar İsrailə qarşı artan beynəlxalq təzyiqlər fonunda gəlib.

Fransa prezidenti Emmanuel Makron ötən həftə Fələstin dövlətini tanıyacağını bildirib, iyulun 29-da isə Böyük Britaniya İsrailin Qəzzada döyüşləri dayandırmayacağı təqdirdə sentyabrda BMT -nin iclasında bu dövləti tanıyacağını bəyan edib.

Kanadanın hökumət başçısı bildirib ki, Qəzzada insanların aclıq çəkməsi də daxil olmaqla oradakı reallıqlar “Fələstin dövlətinin perspektivinin gözümüzün qarşısında əriyib getməsi” deməkdir.

“Qəzzada insan əzabının səviyyəsi dözülməzdir və vəziyyət sürətlə pisləşir. Kanada İsrail hökumətinin Qəzzada bir fəlakətin baş verməsinə imkan verməsini qəti şəkildə pisləyir”, – baş nazir vurğulayıb.

Ətraflı: https://smarturl.click/mBXbO

Azadlıq Radiosu