Polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidməti