ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək

12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner – 2025” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək.

azadlıq qəzeti