Azərbaycanın milli qəhramanı Polad Həşimovun əziz xatirəsinə ittihaf olunur.
POLAD
Vətən müharibəsinə sən imza atdın,
Vətən oğlunu cihata oyatdın,
Qarabağ alındı arzuna çatdın,
Sən xalqı ayağa qaldırdın Polad.
Oğullar arxanca selə döndülər,
Vətən ocağında külə döndülər,
Məzarda bitərək gülə döndülər,
Vətəni sevməyi qandırdın Polad.
Hər oğul dünyada ola bilməz nər,
İgidlər meydanda göstərər hünər,
Azərbaycan oğlu çalanda zəfər,
Vətən sevgisini daddırdın Polad.
Milli qəhrəman tək şərəfli adı,
Qarabağ səddini hünərlə aşdı,
Vətənin gözündən o, axan yaşdı,
Qələbə marşını sən çaldın Polad.
İtirməz vətənin oğul haqqını,
Ucaltdı, yüksəltdi şanlı adını,
Dəlik-dəlik etdi düşmən canını
Vətən məşəlini yandırdın Polad,
Vətəni sevməyi qandırdın Polad.
Şəhla Xəlilqızı.
23.12.2020




















