Ağstafada 61 yaşlı kişi ocaqda yanıb öldü

Ağstafa rayonunda kişi ocaqda yanıb ölüb.

SimalRegion.Az Gunxeber.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Ceyrançöl ərazisində baş verib.

Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Nəsibov ərazidə quru otlardan ocaq yandırıb. Hadisə zamanı alovun ərazisi genişlənib və N.Nəsibov hadisə yerində yanaraq ölüb. Onun yanmış meyiti ərazidən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.