72 saat və ABŞ Rusiya ilə müharibəyə girir
Rusiyanın yenidən hücum etməsi halında Ukrayna üçün təhlükəsizlik zəmanətləri təqdim edilib, — Financial Times.
Plan mərhələlərə bölünüb:
▪️ Birinci mərhələ: atəşkəs pozulduqdan sonra 24 saat ərzində diplomatik xəbərdarlıq edilir və pozuntunun dayandırılması üçün Ukrayna ordusu tərəfindən addımlar atılır;
▪️ İkinci mərhələ: əgər döyüşlər davam edərsə, “istəklilər koalisiyasının” iştirakı ilə genişmiqyaslı reaksiya işə salınır — Aİ ölkələri, Böyük Britaniya, Norveç, İslandiya və Türkiyə;
▪️ Üçüncü mərhələ: əgər pozuntu ilk hücumdan sonra 72 saat ərzində tammiqyaslı işğala çevrilərsə, AB və ABŞ-ın koordinasiyalı hərbi cavabı, o cümlədən Amerika qoşunlarının iştirakı baş verəcək. Atəşkəsdən sonra Avropa çəkindirmə qüvvələri hava, dəniz və quru əməliyyatlarını təmin edəcək, ABŞ isə kəşfiyyat və logistika dəstəyi göstərəcək.
Ukrayna, ABŞ və Avropa ölkələri bu dəstək planını artıq öz aralarında razılaşdırıblar.
azadlıq qəzeti



















