Putin rejiminin ünvanına bir söz işlədən kimi hakimiyyətin trolları töklüşüb “siz bilirsiz nə qədər vətəndaşımız orda işləyir, pul qazanır?” deyirlər. Bu gün isə neft ölkəsinin, milyardları talanan vətənimizin işsizlikdən qaçıb Rusiyaya göyərti satmağa gedən vətəndaşını yalan vədlərlə Putin rejimi Ukrayna müharibəsində ölümə göndərir. Sizlərlə paylaşdığım bu həmyerlimiz də yalan vədin qurbanlarındandır. Adam heç pasportun ala bilmir, onda qalmış təzminatların alsın.
Qeyri-rəsmi məlumatlara görə Rusiya tərəfdən Ukrayna müharibəsində 1500 azərbaycanlı vəfat edib. Ukraynanın müdafiəsində isə indiyə qədər 70 nəfər həmyerlimiz vəfat edib. Amma onların hörmətlə dəfn edilməsi, milli qəhrəman adına layiq görülməsi Ukrayna xalqı tərəfdən vətəndaşımıza qoyulan hörmətin göstəricisidir.
Milyardlarla sərvəti olan ölkəmizin vətəndaşları hələ də xoşbəxtliyi, qazanc yolunu, yaşamağı başqa ölkələrdə axtarır. Ölkədən qaçmaq üçün hər gün yol axtarırlar.