Polisə yalan məlumat verilməsi cinayətdir

Bakı şəhərində taksi sürücüsü olan 42 yaşlı Hikmət Həsənov polisə quldurluq barədə bilə-bilə yalan məlumat verib.

Yanvarın 3-də Xətai rayonu ərazisində guya müştərinin onu bıçaqla hədələyərək 80 manat pulunu taladığını bildirib.
Lakin Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində bu məlumatın tamamilə yalan olduğu üzə çıxıb.


Sürücü etiraf edib ki, müştəri pulu ödəmədiyi üçün hadisəni qəsdən quldurluq kimi təqdim edib.

Barəsində cinayət işi başlanılıb. Araşdırma davam edir.

PolisXidmətində #DİN #Polis