Dostlar!

Çox ağrılı bir xəbərdir.Ancaq həyatın qızıl qanunu var və bəşər mövcud olandan bəri o qanunu heç kim poza bilməyib.Bəli,belə bir deyim var bir yandan dolan dünya,digər yandan boşalır.Yəni olum varsa təbii ki,ölümdə var.Mən Ədalət əmini oğlu Vasif İbrahimovun İsmayıllı hadisələri zamanı şərlənərək həbs olunduğu gündən tanıyıram.Çox qürurlu,mərd,dönməz insan idi.İnadkarcasına Vasif bəyin azad olunduğu günə kimi döyüşdü və hətta digər məhbus valideyinlərinə ürək-dirək verdi.Bəli, nəhayət Vasif bəy haqq etdiyi azadlığına qovuşdu yenə həyat əvvəlki kimi davam etdi.Ancaq bu gün biz həmin mərd insanın həyatdan köçməsi xəbərini eşitdik və bunun şahidi olduq.Nə etmək olar Allah rəhmət eləsin.Ədalət əminin əziz xatirəsi daima qəlbimizdə yaşayacaq və həmişə onu mərdlik nümunəsi kimi yad edəcəyik.Ruhun şad,məkanın cənnət olsun Ədalət əmi.Dostumuz,əzizimiz Vasif bəyə, bütün doğmalarına dostlar,əqidədaşlar adından və ŞimalRegion.az xəbər agentliyi adından baş sağlığı verir,uca Allahdan mərhum atasına rəhmət diləyirik.Allah rəhmət eləsin.