
İsmayıllıda “5 Mart-Bədən tərbiyəsi və idman günü” qeyd edilib.
04 mart 2025 – ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə ✨”5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə 🌟”İdman Həftəsi” layihəsi çərçivəsində idman ictimaiəti ilə görüş keçirildi.
🇦🇿İlk öncə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
✅Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis muavini Fərhad Qurbanov və idman sektorunun müdiri Rəşad Osmanov qeyd edib ki , bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır və çıxışların sonunda 🎖️2024-cü ildə İsmayıllı rayon müəllimlərinin və idmançılarının uğurları qeyd olunub.
💠Tədbirin sonunda idman nailiyyətlərinə görə idmançılara və müəllimlərə DŞRGİİ-nin və MİHİ İsmayıllı rayon Komitəsinin birgə hazırladığı📜 fəxri fərmanları təqdim edilib və xatirə fotosu çəkilib.