Məlum olduğu kimi 23 dekabr 2023- cü il tarixində İsmayıllı rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verən ölüm hadisəsi ilə bağlı, İsmayıllı rayon prokurorluğunda cinayət işi başladılmış və artıq baxılması üçün İsmayıllı rayon məhkəməsinə göndərilmişdir.İlk məhkəmə baxışı 25 fevral 2025- tarixində keçirilmiş və növbəti proses bu gün 6 mart 2025- ci il saat 15:00 tarixində keçirilmişdir.

Məhkəmədə zərərçəkmiş şəxs,mərhum Ülviyyə Əhmədovanın həyat yoldaşı Cəmil Əhmədovun sözlərinə görə bu gün məhkəmə prosesində doğum şöbəsinin müdiri Sevinc Seyidəliyeva,Afaq həkim və hadisə olan zaman iş növbəsində olan tibbi personalın əməkdaşları iştirak etmişlər.Cəmil Əhmədov həm məhkəmənin gedişindən,hakimin ədalətli yanaşmasından,həm də dövlət ittihamçısının davranışlarından razı qaldığını bildirir və eyni zamanda qeyd edir ki, cavabdeh tərəf olan Sevinc Seyidəliyeva və sair şəxslər yalan danışır və faktı gizlətməyə çalışırlar.

Qeyd edək ki, cavabdeh tərəf haqqında onların əlavə saxta faktlara əsaslanan işləri gördüyü barəsində elə xəstəxanadan bir sıra informasiyalar gəlmişdir.Məsələn mühasib vəzifəsində çalışan Rauf adlı şəxsin otağından sənədlərin götürülməsi və qanunsuz əlavələr edilməsi,bu sənədlərin məhkəmə tibbi ekspertiza tərəfindən verilmiş rəy ilə uyğunlaşdırılması və sair məsələlər barəsində məlumat daxil olmuşdur və bu fakt öz təsdiqini tapıb.

Zərərçəkmiş Cəmil Əhmədovun sözlərinə görə növbəti məhkəmə prosesi aprel ayının 8- nə təyin olunub.

Qeyd olunan məsələlər barəsində əlavə bilgilər redaksiyamıza daxil olub onları bəzi dəqiqləşdirmələr apardıqdan sonra efirə verəcəyik.Qeyd edək ki,doğum şöbəsinin müdiri Sevinc Seyidəliyeva bu gün yığışıb şöbəni tərk edib.Sevinc xanım səhər saatlarında ərizə ilə xəstəxana rəhbərliyinə müraciət edib və sabahdan,7 mart tarixindən məzuniyyətə gedib.Bəli,bu da növbəti müdafiə xarakterli addım kimi dəyərləndirilə bilər.Əlbətdə müdafiə olunmaq hər kəsin eləcə də hörmətli Sevinc həkimin hüququdur.

Redaksiyadan: Mövzu diqqətimizdədir bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq

SımalRegıon.az