Fransa prezidenti E.Makronun dünyada yaranmış hərbi-siyasi vəziyyətlə xalqa müraciəti

Müraciətdə səslənən muhüm mesajlar:

Biz Minsk razılaşmalarını 2014-cü ildə bağladıq və Rusiya Federasiyası onları pozdu. Biz Rusiya ilə razılaşmalara etibar edə bilmərik;

Sülh nəyin bahasına olursa-olsun və Rusiya diqtəsi altında qurula bilməz və Ukraynanın kapitulyasiyası ola bilməz;

Bütün Aİ-ni qorumaq üçün Fransanın nüvə silahından istifadə haqqında müzakirəyə başlamaq qərarına gəldim;
Qitəmizə sülh ancaq “sakitləşdirilmiş Rusiya” ilə qayıdacaq;
Avropa hərbçilərinin Ukraynaya yerləşdirilməsini istisna etmirəm;
Rusiya təhlükəsi mövcuddur və Avropa ölkələrinə təsir edir;
Mən inanmaq istəyirəm ki, ABŞ bizim tərəfimizdə qalacaq, lakin bunun baş verməyəcəyinə hazır olmalıyıq.