Qanunsuz silahlar təhlükəsizliyə təhdiddir: könüllü təhvil ver

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

✅Yanvarın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 3 tapança, 4 qumbara, 1 alışdırıcı, 25 tüfəng, 16 patron darağı və 265 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

🗣️Qanunsuz saxlanılan silahın təhlükəsi nədir?
• təsadüfi atəşlə ölümlərə səbəb olur
• ailədaxili münaqişələri faciəyə çevirir
• cinayətlərin ağırlaşmasına yol açır
• uşaqlar üçün ölümcül təhlükə yaradır

❌Bir çox faciə “sadəcə evdə saxlanan silah”dan başlayır.


📌 Əgər sizdə və ya tanıdığınız şəxsdə qanunsuz saxlanılan silah varsa onu gizlətmək yox, könüllü təhvil vermək lazımdır.

📞 102

DİN #SilahaYox #QanunsuzSilah #SilahSursat #ProfilaktikTədbir #Polis #Təhlükəsizlik #CinayətkarlığaQarşı #Əməliyyat #İctimaiTəhlükəsizlik