Mart ayının 5 – də Ağsu rayonunda Ağsu Yazarlar Birliyinin rəhbəri hörmətli şair Raqif Nazimoğlunun araya – ərsəyə gətirdiyi “AĞSU YAZARLARI “almanaxının gözəl təqdimat mərasimi keçirildi. Təqdimatda kitabda yer alan Ağsulu qələm dostları ilə görüş çox xoş təsir bağışladı.Əl – əlxusus da fb məkanından qiyabi tanıdığım şair dostlar Əlyar Mərdiyev, Mədaxil Cavadlı ,Xəyal İmrə, həmkəndlim Əzizağa Kalvalı, Mərziyə Sarvanı və s. görmək mənə çox xoş oldu.(Bu arada mənim və bacım Səlimə Şirvanlının da şeirlərini bizdən xəbərsiz almanaxa daxil etdiyi üçün Raqif müəllimə sonsuz təşəkkür edirəm ).Ağsudan olan dəyərli sənətkarların musiqiləri tədbirə xüsusi rəng gətirdi.Bu gözəl günü bizə yaşatdıqları üçün Birliyin rəhbəri Raqif Nazimoglu başda olmaqla zəhməti keçənlərin hər birinə minnətdarlığımı bildirirəm.

Ədəbiyyat şöbəsi