Döyüş silahı satırdılar: kim nə məqsədlə alırdı?
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz silah alveri ilə məşğul olan 2 nəfər saxlanılıb.
✅Müəyyən edilib ki, Ağcabədi rayon sakinləri – 25 yaşlı Sahil Kərimzadə və 27 yaşlı İntiqam Rüstəmov odlu silahların satışını təşkil ediblər.
✅S.Kərimzadə idarə etdiyi avtomobillə hərəkətdə olarkən saxlanılıb. Avtomobildən 2 ədəd “Kalaşnikov” avtomatı, 2 patron darağı, 60 ədəd patron aşkar olunaraq götürülüb.
✅Tədbirin davamı olaraq onun əlbiri İntiqam Rüstəmov da Xocavənd rayonu ərazisində saxlanılıb.
❌Onlardan 4 avtomat, 4 patron darağı və 60 patron aşkarlanıb.
✅Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.



















