
Prezident Trampın “Sərhədlərin qorunması üçün sərhəd boyunca fövqəladə vəziyyət elanı” sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti (Border Patrol) əməkdaşlarına ağır silahlar verilməyə başlanılıb. Bununla yanaşı, sərəncamda göstərildiyi kimi, xidmət əməkdaşlarına silahdan öldürücü şəkildə istifadə hüququ da verilib. Sadə dildə desək, sərhəd işçisi divardan atlayıb ölkəyə qanunsuz keçməyə cəhd edən şəxsi atəş açaraq öldürə bilər.
▪️ Xidmətdən verilən məlumata görə, Amerika Ordusunun əsgərləri quruda, Hərbi Hava Qüvvələrinin helikopter və dronları isə 24 saat sərhəd nöqtələri üzərində patrul apararaq sərhədçilərə dəstək göstərir. Əgər qanunsuz sərhəd keçidi cəhdi aşkarlanarsa, dərhal müdaxilə edilir və ya məlumat ötürülür. Bundan əlavə, sərhədçilər gecəgörmə cihazları ilə də təchiz olunublar.
▪️❗ Buna görə də, sizi “sərhəddən keçirə biləcəyini” iddia edənlərə aldanmayın. Nəticədə həm pulunuzdan, həm də azadlığınızdan məhrum ola bilərsiniz.
▪️❗ Daha da risklisi – həyatınızı itirə bilərsiniz! Heç bir şey, Amerikaya miqrasiya da daxil olmaqla, həyatınızdan dəyərli deyil.
▪️❗ Tutaq ki, möcüzə nəticəsində sərhədi sağ-salamat keçdiniz, ordunun və sərhəd xidmətinin gözündən yayınıb həbs olunmadan ölkəyə daxil oldunuz (❗bu, demək olar ki, mümkün deyil). Trampın sərəncamına əsasən, qanunsuz yolla ölkəyə daxil olan şəxslər sığınacaq tələb edə bilməz. Sonda isə deportasiya ediləcəksiniz.
▪️ Bizim borcumuz sadəcə xəbərdarlıq etməkdir. Hər kəs özü üçün qərar verməlidir.
▪️ Amerikaya miqrasiya yolunda uğurlar!