Əli Kərimlidən siyasi məhbus Rüfət Səfərova ad günü təbriki
Əziz Rüfət bəy, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz xalqın hüquqlarını müdafiə edib, sözünü deyə bilmək üçün prokurorluq orqanlarındakı vəzifənizdən 2015-ci ildə istefa verəndə çox gənc idiniz.
O vaxtdan bəri məruz qaldığınız ağır məhrumiyyətlərə, artıq 2-ci dəfə də siyasi sifarişlə həbs edilməyinizə baxmayaraq mübarizənizdə, mövqeyinizdə ardıcıl olmağınız sizin mətin iradənizi göstərir.
Siz imtinalarınızla və əməlinizlə sübut etdiniz ki, komfortlu həyatdansa, xalqın və haqqın yanında olmaq sizin üçün daha önəmlidir.
Siz öz imtinanızla, mübarizə əzminizlə, ən ağır şəraitdə belə itirmədiyiniz nikbinliyinizlə Azərbaycan gəncliyi üçün pozitiv nümunə yaradırsız.
Təəssüf ki, siz builki doğum gününüzü də məhbəsdə keçirdirsiz. Ancaq bilirəm ki, siz də mənim kimi əminsiniz, xalqımızın başının üzərindəki bu qara buludlar çəkiləcək, Azərbaycanın bu qaramat günləri tariximizin qara səhifəsinə çevriləcək və siz də öz bilik və bacaracağınızı Azərbaycanda gerçək demokratik və hüquqi dövlət quruculuğuna həsr edə biləcəksiz.
Rüfət bəy, sizi bir daha təbrik edirəm, sizə uzun, ömür, can sağlığı, azadlıq və uğur arzulayıram.
azadlıq qəzeti



















