Xocalıda yanğına səbəb olan şəxs müəyyən edilib
Yanvarın 13-də Xocalı rayonunun Dağyurdu kəndi ərazisində baş verən yanğınla bağlı polis tərəfindən araşdırma aparılıb.
Müəyyən edilib ki, yanğın fermada çoban işləyən 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü ehtiyatsızlıqla yerə atması nəticəsində 5 hektar sahədə biçilmiş əkin və kol-kos sahəsi yanıb.
✅B.Əhmədov barəsində protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.



















