Dostları dostlarının adı ilə aldadırdı: ifşa olundu

Sosial şəbəkələr üzərindən dələduzluq edərək vətəndaşların şəxsi məlumatlarını ələ keçirməkdə şübhəli şəxs ifşa olunub.

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.


O, “Instagram”da vətəndaşların şəxsi məlumatlarını öyrənərək onların dostluğundakı şəxslərə yazıb, aldadaraq kart məlumatlarını əldə edib. Bu yolla külli miqdarda pul vəsaitini öz hesabına köçürüb.


Onunla bağlı araşdırmalar davam etdirilir.

DİN #Polis #Dələduzluq #DiqqətliOl #MəlumatlıOlQorun