Dələduzluq faktlarına görə qaldırılmış cinayət işi üzrə bir epizodu nəzərinizə çatdırmaq istəyirəm.

Vətəndaş M. Z. M. bir qrup şəxsi aldadaraq, guya onlara pensiya, müavinət təyin edəcək vədini verib, otuzdan çox şəxsin 137.000 manat pulunu mənimsəmişdir.

DSMF-u tərəfindən zərərçəkmişlərin adına da sms-lə bir-iki aylıq guya alacağı müavinətin göndərildiyi qeyd olunmuşdur.

Dələduzluq faktlları o qədər aydındır ki, onu sübut etmək üçün müstəntiq və ya prokuror lazım deyil.

Bu cinayət faktları üzrə 2023-ci ildə Yasamal Rayon Prokurorluğuna müraciət etmişik. Yasamal rayon prokuroru Elman Süleymanov məni səkkiz ay get-gələ salandan sonra cinayət işi qaldırıb.

Cinayət işi Yasamal RPİ-nin İŞ-nin müstəntiqi M. Ələsgərovun icraatına verilir.

Təqsirləndirlən şəxs M. Z. X. istantaqa gəlmədiyi ücün barəsində axtarış elan edilir, nəhayət, tutularaq 06.12.2023- cü ildə barəsində 1 ay 22 gün həbs qətimkan tədbiri seçilir.

Həbs qətimkan tədbiri müddəti bitdikdə isə Yasamal rayon prokuroru cənab Elman Süleymanov həbs müddətini uzatmır.

Təqsirləndirilən şəxs hec bir maddi ziyanı ödəmədiyi, axtarışla həbs olunduğu halda, görəsən, prokuror və müstəntiq bu qərarı hansı əsaslarla verib?

Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-i axtarış vermir, çünki hal-hazırda həmin şəxs Sumqayıt RPİ-də axtarışdadır.
Nəzərinizə çatdırıram ki, həmin cinayət işində Penitensiar xidmətin vəzifəli şəxsinin də adı hallanır. Qeyd edim ki, Yasamal rayon prokuroru pensiya yaşına çatıb, onun xətrinə dəyməyin, nə istəsə, onu da edə bilər!