
3 günlük İsrail 🇮🇱🔥 🇮🇷 İran müharibəsi kartları açdı və məlum oldu ki, İranın hava hücumlarından müdafiə sistemləri işə yaramır, hərbi hava qüvvələri rəsmən yox kimi bir şeydir!
Yalnız əlində müxtəlif növ hara gəldi uçan ballistik raketləri və İsrail çapında mənasız, (niyə mənasız? Çünki atılan 300 dronun hamısı əraziyə çatmadan vurulub) sayılan PUA-ları var. Vəssalam!
Niyə məhz hara gəldi uçan ballistik raketlərə üstünlük verilib və s?.cünki müasir texnologiya yoxdur, düşünüblər ki, İsrail dövlət kimi çox kiçik əraziyə sahibdir, yalnız çoxlu ballistik raketlər vasitəsilə nəsə edə bilərik.
Təsəvvür edək ki, İsrailin ərazisi 22,072 kvadrat kilometr yox 200 min kvadrat kilometrdir, o zaman nə baş verərdi? İranın ballistik raketləri indikindən dəfələrlə asan tutulardı və olardı mənasız raketlər…
Ərazisi böyük olmaq artıq güclü dövlət anlamına gəlmir, çünki texnologiya həcmi kiçildir, sürəti çoxaldır, məsafəni artırir və zərbəni ağırlaşdırır.
Belə olmasa idi, İsrail hərbi hava qüvvələri İran generallarının həyacan siqnalı ilə toplaşdıqları yeraltı bunkerə iki ədəd məlum raket zərbəsi endirməklə, ordunun rəhbərliyi sayılan 20 nəfər generalı anındaca öldürə bilməzdi.
Məhz bu dəfə texnologiya özünü daha qabarıq sübut edir, ona görə də, İranın ali dini lideri Seyid Əli Xamenei ölkə ərazisində özünə təhlükəsiz məkan tapa bilmir, çünki Amerikanın müasir texnologiyaya söykənərək istehsal etdiyi müasir raketlər İranın hər yerinə çata bilir…
XUYMEYNİ İNFO.MOLLA