Rusiya və İranın məğlubiyyəti: Başlanğıc

Böyük Britaniyanın nüfuzlu “The Times” nəşri 2019-cu ilin sonunda 2020-ci ildə bəşəriyyətin taleyinə ən çox təsir edəcək 20 nəfərin siyahısını hazırlamışdı. 20 nəfərlik siyahıdakı şəxslərdən biri də İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı bölməsinin komandanı general Qasım Süleymani idi. Bu hadisədən cəmi bir neçə gün sonra Süleymani Bağdadın beynəlxalq hava limanını “Toyota Avalon” avtomobilində “Hyundai Stareks” mikroavtobusunun müşaiyyəti ilə tərk edərkən raket zərbəsi ilə öldürüldü.
Mərkəzi Kəşfiyat İdarəsinin (Central Intelligence Agency-SİA) sabiq direktoru Devid Petrus İraqdan Livana, Suriyadan Əfqanıstana kimi çox geniş bir çoğrafiyada “həyalət general” (əyulə-zombi-red.) ləqəbi ilə tanınan Süleymanini şərin canlanmış təcəssümü hesab edirdi. Petrus Süleymani ilə 2008-ci ildən “tanış idilər”. Süleymani 2008-ci ildə İraqdakı çoxmillətli NATO hərbi qüvvələrinə rəhbərlik edən Petrusa belə bir mətinli məktib göndərdərək İraqdan çıxmalarını tələb etmişdi: “General Petrus, siz bilməlisiniz ki, mən, Qasım Süleymani İranın İraq, Suriya, Livan, Əfqanıstan və Qəzza siyasətinə cavabdeh şəxsəm və siz mənim ərazimə girmisiniz”.
Amerikalı digər bir general Mark Xertlinq Sülemanini belə xarakterizə etmişdi: “O, bütün həyatı boyu döyüşüb. Bu sakit, harizmatik oğlan strateji dahi və bacarıqlı taktik idi”. SİA-nın Yaxın Şərq üzrə “əsas adam”ı hesab olunan Con Maqvayr Süleymanini Yaxın Şərqdə ən güclü təsirə malik şəxs adlandırmışdı.
Süleymani Tayland, Nyu-Dehli, Laqos və Nayrobidəki terror hadisələrinin, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Ağ Evin yaxınlığında öldürülməsi cəhdinin də təşkilatçısı idi. Bütün bu əməliyyatlar onun sərhəd tanımadığını, “əlinin nə qədər uzun olduğunu” göstərirdi.
Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Ağ Evin yaxınlığında öldürülməsi cəhdinin təşkilatçısının Süleymani olduğu məlum olduqda onun məhv edilməsi müzakirə olunmuş, lakin Ağ Ev Süleymaninin öldürülməsinin İranla müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bundan imtina etmişdi.
Süleymani son 20 ildə İranın xaricində kəşfiyyat-diversiya, terror və döyüş əməliyyatlarını planlaşdırmış və yönəltmişdi. Qasım Süleymani Suriyada Rusiya-İran işbirliyinin memarı, Yaxın Şərq və Cənubi Qafqazda Qərbə qarşı Rusiya-İran siyasətini müəyyən edən və həyata keçirən bir neçə şəxsdən biri idi. Sonrakı proseslər göstərdi ki, Tehranın bütün cəhdlərinə baxmayaraq İran Süleymaninin öldürülməsi ilə yaranan boşluğu doldura bilməyib. Süleymaninin öldürülməsi Rusiya-İran cütlüyünün məğlubiyyətinin başlanğıcı, İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya düzənin dağılmağa başladığı andır. Tarixin dönüş nöqtəsi olan bu hadisə Azərbaycan torpaqlarının 26 illik işğaldan azad edilməsinə gedən yolun da başlanğıcı idi.

Xəqani Cəfərli politoloq