◉ Dean Karnazes – O, dünyanın ən dözümlü insanı ola bilər…

Dean Karnazes fasiləsiz qaçmaq rekordunu 2005-ci ildə qırıb.
İdmançılar uzun məsafələrdə fasilə etməyə məcburdular. Lakin o, 80 saat 44 dəqiqədə fasilə vermədən, yatmadan, dayanmadan 560 km məsafə qətt edib. Bu inanılmaz bir rekorddur.

Dean 2006-cı ildə isə başqa bir mümkünsüz görünən şeyi edib:
49 selsi dərəcə temperaturda “Ölüm vadisi”ndə 217 km məsafə qaçıb. Təsəvvür etmək belə çox çətindir.

Bu kişi 2005, 2006, 2008-ci illərdə ilin ən dözümlü idmançısı statusunu qazanıb. Hazırda 62 yaşı var və çox cavan görünür.

Qeyd: Burada sizin reklamınız ola bilər.

İstinad: BackFire TV, The Dolanders, RNZ
Hazırladı: Ceyhun Qurbanov (alberteyniseydi)