BMT-də çalışan İran diplomatı İsveçrədən sığınacaq istəyib

Diplomatik mənbələrdən Iran International-a verilən məlumata görə, Cenevrədəki BMT-nin Avropa qərargahında vəzifə yerinə yetirən yüksək vəzifəli İran diplomatı istefa verib və İsveçrədən sığınacaq istəyib.

Söhbət İranın BMT-dəki və digər beynəlxalq təşkilatlardakı missiyasının faktiki rəhbərinin müavini və nazir-məsləhətçi Əlirza Ceyrani Hokmabaddan gedir.

Iran International mənbələrinə görə, Hokmabad işə gəlməyi dayandırdıqdan sonra ailəsi ilə birlikdə sığınacaq istəyib. O, İranda davam edən siyasi qarışıqlıq fonunda təhlükəsizliklə bağlı narahatlıqları, eləcə də ölkənin mövcud hökumət sisteminin sabitliyi ilə bağlı şübhələri əsas gətirib.

İsveçrə hakimiyyətindən hələlik rəsmi şərh verilməyib. İran da heç bir açıqlama verməyib.

Bild.de