ZƏFƏR DASTANI yazdı,
Qırx dörd günə Vətənim,
Dastanların içində
Varmı belə bitənim?!

ZƏFƏR DASTANI yazdı,
Dillərdə dastan oldu.
Yenilməz bayrağımız
Qarabağda ucaldı…

ZƏFƏR DASTANI yazdı,
Bir yumruq tək bir oldu.
Neçə qəhrəman oğul,
Vətənə sipər oldu…

ZƏFƏR DASTANI yazdı,
Şəhid, Qazi, bu ordu.
Otuz ildə tökülən,
Qanlara son qoyuldu…

ZƏFƏR DASTANI yazdı,
Bu xalq qisasın aldı.
Dünya bildi, tanıdı,
Qalib — AZƏRBAYCANDI!

Kifayət Xalıqova-Əkbərova