Tramp Tokayevi Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib

ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevi Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib. Qazaxıstan liderinin sözçüsü Ruslan Jeldibay bu barədə Tengrinews-ə bildirib.

Sözçü qeyd edib ki, “Dəvət faktını gizlətmək düzgün olmazdı” Qazaxıstan prezidenti ilk dəvət olunanlardan biri olub və Qazaxıstan təsisçi üzvlərə qoşulmağa dəvət edilib.

“Cavab olaraq, dövlət başçısı ABŞ prezidentinə səmimi minnətdarlığını bildirən və bu yeni təşkilata qoşulmağa razılığını təsdiqləyən məktub göndərib. Prezident Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə nail olmağa, dövlətlərarası etimadın və qlobal sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə sadiq olduğunu bir daha təsdiqləyib” – deyə Jeldibay əlavə edib.

azadlıq qəzeti