Alov, atəşsən könlümdə,
Ocağım, közüm sönməyir.
Ürəyim qalıb yanında,
Bu qəlbim səndən dönməyir.

Əllərimdən uçub gedən,
Bir kəpənək misallısan.
Mənsiz necə keçir günün?
Söylə görüm nə hallısan?

Bilirsənmi, mən özümdən,
Qisas alan bir adamam.
Öz içimdə ocaq çatıb,
Atəşimdə odlananam.

Qırılıbdır qanadlarım,
Lələk-lələk sökülmüşəm.
Gəl başımın üstündə dur,
Bəlkə elə mən ölmüşəm?!

Limanım dərya gözlərin,
Lövbər salıb dayanmışam.
Min ildir ki, yuxudayam,
Sanki təzə oynamışam.

Səni sevmək qəbahətmi?
Göylərimdə nurlanmış ay.
Sən eşqimin zirvəsində,
Şah dağısan, həm Himalay!


MURAD MƏHƏRRƏM