
Tircan kəndindən bir qrup şəxs redaksiyamıza müraciət edərək bildirir ki,kənddə uzun illərdir ki,su problemi var və bu vəziyyət artıq dözülməz həddə çatıb.Tircanda əhalinin sayı 3000 mini keçib və bu da öz növbəsində suya olan tələbatı artırır.
Mövcud problemi dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyənin nəzərinə çatdırmışıq və onlardan xahiş etmişik ki,bu problemi həll etmək üçün Bakıya mərkəzi hakimiyyət orqanlarını xəbərdar edin.Ancaq çox təəssüf ki, deyilənlərə əməl olunmayıb.
Kəndimizin rəhbərliyi yerində deyil buna görə bu problem həll olunmamış qalır.Kəndin başqa problemləri də var ancaq daha dərin problem su ilə bağlıdır.Yəni rəsmi qurumlar başa düşmür ki,susuz yaşamaq olmur?Əhali mal-qara saxlayır və dolanışıq yalnız heyvandarlıqdandır.Biz heyvanları düzgün su ilə təmin edə bilmiriksə hansı xeyirdən söhbət gedə bilər?
Daha belə yaşamaqdan bezmişik ya bizi burdan köçürsünlər,ya da bizə su çəksinlər.
Refaksiyadan: Mövzu diqqətimizdədir bayramdan sonra bu istiqamətdə Geniş reportaj hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
İnformasiya şöbəsi