Çinşünas Perviz Eliyev İlham Əliyevin Çinə səfərini Çin prizmasından qiymətləndirir:

Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıb.

İlham Əliyevi niyə nəqliyyat naziri qarşıladı? Çin olduqca simvolik davranaraq qarşılamaya məhz nəqliyyat rəhbərini göndərərək Azərbaycanın ticarət dəhlizində önəmli olduğunun vurğusunu edir. Bu gün Çin Azərbaycana “Kəmər və Yol” təşəbbüsü çərçivəsində etibarlı dost və əsas tərəfdaş kimi baxır. Azərbaycanın nəqliyyat dəhlizlərinə və logistika qovşaqlarına investisiyaları onun Çin-Mərkəzi Asiya-Avropa ticarət şəbəkəsində mühüm qovşaq statusunu gücləndirir. Orta Dəhliz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Çin və Avropa arasında tranzit vaxtlarının azaldılmasında həlledici rol oynayır və Azərbaycanı qlobal təchizat zəncirlərində əvəzolunmaz halqaya çevirir.

P.S. Pərviz bəylə razıyam, Çin strateji loqistik layihələr üçün Azərbaycana xüsusi önəm verir.

Kamran Cəfərov politoloq