
Rusiyada generalların həbsi
Moskvada Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsov xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb.
Onun Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı deyilir.
Bildirilir ki, hazırda generalla bağlı istintaq aparılır və onun nəticələrinə əsasən barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar veriləcək. Məlumata görə, istintaq Varentsovun həbsini tələb edəcək.
Qeyd edək ki, Nikolay Çepkasov bir ay əvvəl həbs edilib.