Tofiq Yaqublunun qızı Nİgar Həzi yazır:

Tofiq Yaqublunun bugünkü məhkəmə prosesi onun müdafiəçilərinin çıxışı ilə başladı. Vəkillər Nemat Kerimli və Aqil Layıc çıxış edərək Tofiq Yaqubluya qarşı açılmış qondarma ittihama xitam verilməsini istədilər. Daha sonra üzəduran Elnur Məmmədovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsə guya ona “çatmış” 3 min manatın istintaq orqanları tərəfindən götürüldüyünü və bununla da onun qaytarmalı olduğu heç bir məbləğin qalmadığını vurğuladı və azadlığa buraxılmasını istədi.

Hakim üzəduran Elnur Məmmədova son sözünü deməsini istədi. E.Məmmədov da utanmadan ləyaqətsizcəsinə dedi ki, mən Tofiq Yaqublu ilə birlikdə cinayət törətmişəm, cinayətimi səmimi etiraf edirəm və tutduğum əməldən peşimanam.

Daha sonra hakim Tofiq Yaqubluya son sözünü deməsini istədi.
Tofiq Yaqublu ilk olaraq Xocalə faciəsinin qurbanlarının xatirəsini
sayğı ilə andığını bildirdi və dedi:

“Maya xanım da zaldadır. 26 fevral günü Xocalıda baş verənləri televizorda izləyirdik. Bir-birimizə sarılıb ağladıq. O faciədən sonra mən könüllü olaraq Qarabağda döyüşməyə getdim”.

Hakim Elnur Nuruyev T.Yaqublunun sözünü kəsərək son sözünü deməsini istədi. T.Yaqublu son sözünə hazır olmadığını və bunun üçün əlavə vaxt istədi. Ancaq son sözə keçməmişdən əvvəl vəsatətlər vermək istədi. Məhkəmə istintaqı bitdiyi üçün hakim Elnur Nuruyev buna icazə vermədi. Hətta Tofiq Yaqublunun replika hüququndan isfifadə etməsinə də əngəl oldu. Tofiq Yaqublu belə olan halda hakim Elnur Nuruyevə dedi:

“Məhkəmənin bu yerində qanunla mən özümə əlavə vəkil tuta bilərəmmi?”

Hakim E.Nuruyev bəli, istənilən mərhələdə deyib, təsdiqlədi.

T. Yaqublu: “O zaman mən Bakı Dövlət Universitetinin hüquq üzrə professoru, “Cinayət prosesi” kafedrasının dekanı, Xırdalan Şəhər Vəkillər Bürosunun vəkili xanım Firuzə Abbasovanı özümə vəkil tutmaq istəyirəm. (F.Abbasova dövlət ittihamçısı Tural Yaqubovun anasıdır) Qoy bura gəlib desin ki, oğluna nə öyrədib?

Hakim Elnur Nuruyev Tofiq Yaqublunun bu təklifində narahat olub bildirdi ki, heç kimi təhqir etməyin. )))

T.Yaqublu: “Burada nə təhqir var? Məni cinayətdə ittiham edib hökm oxuyan, mənə dələduz deyən şərəfsizdir, ləyaqətsizdir. Ən böyük təhqir məni dələduzluqda ittiham etməkdir”.

Hakim Elnur Nuruyev Tofiq Yaqubluya son sözünə hazırlaşmaq üçün 1 həftə vaxt verdi. Hərçənd ki, T.Yaqublu bu gün son sözünü desəydi, hakim elə bu gün də ona hökm oxuyacaqdı.

Növbəti və son proses 5 mart saat 15:00-a təyin edildi.

SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.