25.10.2025-ci il tarixdə Qəbələ şəhərində Əməkdar Mədəniyyət İşçisi, Xanəndə Asim Əliyevin 75 illik yubiley mərasimi keçirilib.
Yubiley tədbirində Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyət Üzrə Elmi-Metodiki və İxtisas Artirma Mərkəzinin Nümayəndələri və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru v.m.i.e Teymur Əzizli iştirak etmişdir.
Tədbirdə Əməkdar Mədəniyyət işçisi Tərəqqi medallı Sahibə Abdullayeva və Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyyətinin üzvi Aşıq Elman və respublikanın müxtəlif regionlarından dəvət olunmuş incəsənət xadimləri konsert proqramı ilə çıxış etmişlər. Sonda Şəki Zaqatala Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəliyi tərəfindən xanəndəyə fəxri fərman və hədiyyələr təqdim edilib.
H.Əliyev adına İsmayıllı mədəniyyət mərkəzi






















