
MÜRACƏT. Hörmətli cənab prezidentim, Ali Baş komandan cənab Ilham Aliyev və Azərbaycan Respublikasının Vitse prezidenti Birinci xanım çox hörmətli
Mehriban Əliyeva xanım.
Öncə sizi salamlayıram. Və Qarşıdan gələn 11-Ayın sultanı Ramazan ayının gəlişi ilə sizləri müsəlman aləminin Allahdan buyurduğu ən gözəl Bayramlarımızdan biri olan Ramazan ayının gəlişi ilə sizi və ailənizi səmimi qəlbdən təbrik edir və sizlərə uzun ömür can sağlığı, səmimi arzu və diləklərimi çatdırıram…
Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar…
Səhifəmin başlığında bildirdiyim #Müraciətim bununla bağlıdır ki siz, Həssas insanların daimi qayğısına qalan bir dövlət rəhbərisiz. Bunu yüksək səviyyədə alqışlayıram. Dəfələrlə dövlət məmurlarına tapşırıq vermisiz ki Əlilliyi olan vətəndaşları, Şəhid Ailələrini, Müharibə Qazilərini, və Müharibə Veteranlarını incitməyin. Bu təbəqədən olan insanlar istənilən halda hansı bir Dövlət və Özəl Müəssisələrin Rəhbərinə işləmək üçün müraciət edərlərsə, bilərik ki həmin şəxsin Əliliyi, Veteranlığı var düşünmədən qəbul edərək işlə təmin etsinlər. Bu sərəncamınız Azərbaycan Respublikasının Nazirlər Kabinetinədə təqdim olunmuş və dövlət Qanunvericiliyinədə dərc edilmişdi. Hörmətli cənab prezidentim İlham Əliyev Cənabları, Mən İsmayıllı rayon sakiniyəm. Özümdə 1-ci dərəcəli Əliləm, Ailəliyəm iki az yaşlı övladım var.
Hörmətli Cənab Prezidentim. Mən Ilham Dadasov , və məndən elavə Birinci Qarabağ Müharibəsinin iştirakçısı Müharibə Veteranı olan Ramil Salmanov yoldaş, 2025 ci ilin Yanvar ayının 6-sı günündən haqsızlığa məruz qalan vətəndaşlardanıq. Biz 2023-cü ilin Yanvar ayından İsmayıllı rayon Mərhum Prezidentimiz (Allah Ona Rəhmət Etsin. Ruhu şad məkanı cənnət olsun) Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin Niyal İnstrumental Ansamblının müşayiətçisi vəzifəsində işləyirdim, Ramil Salmanov həmin ansamblda Xanəndə Kimi çalışırdı. Amma bu çox keçmədi ki Bizi 2015 ci ilin Yanvar ayı 6-da heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad edərək işimizə xitam verən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi bu qanunsuzluğa imza atdi. Dəfələrlə müraciət etməyimizə baxmayaraq işimiz artıq 2- aydır bu gün, sabah deyə-deyə yubandırırlar. 2025 ci ilin Yanvar ayının 18-i Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cənab Nazir Adil Kerimli Şamaxı rayonunda Vətəndaşların qəbulu üzrə görüşü oldu. Həmin görüşə ilk daxil olunan vətəndaşlardan da ikisi biz olduq. Yəni deməyim odur ki bu məsələdən Cənab Nazir Adil müəllimində məlumatı var.
Hörmətli Cənab Prezidentim sizə bir Sual verim sosial şəbəkə üzərindən. Azərbaycan Respublikasının hansı bir Qanunlarında qeyd olunub ki Əlilliyi olan işçiləri, Müharibə Veteranlarını, Qaziləri işdən azad edilsin..? Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti Nə də Şikayət ərizəsi ilə müraciət etmişəm. Sizdən xahiş edirəm mənim müraciətimi nəzərə alaraq bu işdə bizə köməklik göstərilməsini, təmin etmək üçün adiyatı qurumlara ciddi tapşırıq verəsiz…!!!
İlham Dadaşov