Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən 2025-ci il ərzində idman sahəsində 250 tədbir keçirilmişdir.Region idmançıları tərəfindən beynəlxalq yarışlarda 7 qızıl,31 gümüş,10 bürünc medal,ölkə yarışlarında isə 15 qızil,17 gümüş,31 bürünc olmaqla 112 medal qazanmışlar.Həmçinin 3-cü MDB oyunlarında Ağsu idmançıları Səftər Məmmədzadə (boks+80 kq) qızıl,Sunay Salamova (cüdo 40 kq) çəkidə gümüş,Nigar Abdullayeva (taekvondo+57) bürünc medal, Qobustan idmançısı Röyal Qayıbov isə (cüdo 60 kq) gümüş medal qazanmışdır.Ölkəmizdə keçirilən qol güləşi üzrə dünya çempionatında İsmayıllı idmançısı Toğrul Şahlarlı isə 86 kq çəkidə dünya çempionu,eləcə də idmançımız Nərgiz Fərzəliyeva cüdo idman növü üzrə ölkə birinciliyində qızıl medal qazanmışdır.Şamaxı idmançımız Lalə Haydimova “Ümid və “Alpman “taekvondo klublarının 2-ci açıq birinciliyində bürünc medal qazanmışdır.İdarə tərəfindən keçirilən tədbirlərdə ümumilikdə 9602 nəfər iştirak edib.
Dağlıq Şirvan Regional Gənclər Və İdman İdarəsi






























