Adamın əli boş, ürəyi doludursa, buna da şükür!!!
Yeni iliniz mübarək!!!
Bəxtəvər başına ötən payızın,
Günlər uzandıqca ömür gödəlir.
Zaman alıb gedir əldə olanı,
İnsanın illərə yazığı gəlir.

Dünənki Yeni il köhnəlir bu gün,
Heç bilə bilmirsən vaxt hara getdi.
Qar qızla yol gələn Şaxta babalar,
Bizi sevə-sevə ağsaqqal etdi.

Heç nə ummayacam bu gələn ildən,
Ummuşam, nə verib ağlım kəsəndən?
Ruzimi, bəxtimi, can sağlığımı,
Səndən istəyirəm, İlahi, səndən!

Gözü toxlara ver yaxşı nə varsa,
El rahat yaşasın, düşmən xar olsun!
Göstər, ey təzə il, təzəliyini,
Qoy köhnə dostlarım gülsün, var olsun!

Nə qədər xoş arzu varsa, gül açsın,
Özünü bir mələk hiss etsin hərə.
Ürəkdən sevənlər, gülənlər ilə,
Çıxaq neçə-neçə yeni illərə!

2017-ci ilin xatirələrindən