Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Tale belə gətirib bunu mən seçməmişəm.Həyatda ailəmin ən böyük səhvi o olub ki, Kapital Bankdan 1 Kart almışıq. Sizdən 4000 manat pul olan kart almışıq. 3 aydan sonra Kapital Bank məbləği artırmaq haqqında SMS göndərib və kartdakı məbləğ qaldırılıb 5000 manata. 1600 manatlıq alış-veriş edəndən sonra kartda 3400 manat xərclənməmış pul qalıb.2024-cü ilin noyabr ayının 18-ində bizim karta əlavə olaraq 3200 manat daxil olub və bizim kartda 6600 manat pul vəsaiti toplanıb. Daha sonra 3 dəqiqə ərzində həmin məbləğ bizim kartdan oğurlanaraq hərəsi 2 əməliyyat olmaqla ötürülüb 2 Bank kartına.Biz həmin gün Kapital Banka nə qədər telefon açaraq da Proflaktik işlərin aparılması nağılından başqa bir söz eşitmədik.Noyabr ayının 19-da Polis şöbəsinə gedib ərizə ilə müraciət etmişik. Pullarımızın köçürüldüyü kartların şəkilini ərizəyə əlavə etmişik.Polis İdarəsinin tədqiqatçıları sənədləri toplayıb təqdim edib Prokurorluğa və iş gedib məhkəməyə.Dekabr ayının 25-də Yasamal Rayon Məhkəməsi Qərar verib ki, pulların köçürüldüyü katlar haqqında məlumatlar Polisə təqdim olunsun.Səhv etmirəmsə bu istənilən Bank üçün Bank kartının son 4 nömrəsinə görə müştəri haqqında məlumatlar oxumaq bir qurtum su içmək kimi bir işdir. Lakin…Lakin Kapital Bank bir qurtum suyu 2024-cü ilin dekabr ayından 2025-ci ilin 11-nə kimi yəni 48 gündür içib qurtara bilmir.48 gün ərzində Bank bizim işin Məhkəmədə olmasına, Məhkəmə Qərarına, Polis sorğusuna məhəl qoymadan məlumatları Polisə verməmək bir yana qalsın durub yanvar ayında bizə 6600 manat pulun faizini göndərib. 580 manat.Biz öz taksit borcumuzu 120 manatl aylığı ödənişik burub bu pulu 580 manata aid edib bizə mesaj veriblər ki, Sizin 120 manat taksit və 460 manat faiz borcunuz var. Bu nə məntiqdir Kapital Bank? Oğrunun Bank məlumatlarını hüquq-mühafizə orqanları saya almadan verməyən Kapital Bank öz faizini o dəqiqə geri almaq istəyir.Kapital Bank, məlumatları verin oğrunu tutsunlar Məhkəmə Qərar versin sonra lap məni gülləsindən. Amma bunu mənim Respublikam etsin, Kapital Bank Respublikası deyil.Sizin Bsnkdan oğurlanaraq mən sifariş etmədən mənin Kartına köçürülmüş 3200 manat pulun da ziyanı mənim boynumadırmı? O zaman niyə mənim kartımdan oğurlanmış pullar pulların köçürüldüyü kart sahiblərinə aid olmasın? Amma bəlkə heç o Kart sahibləri də ovçu deyil, şikardırlar eynilə bizim kimi. İmkan verin ki, Məhkəmə öz işini tamamlasın.Kapital Bank Sizə bir pulsuz məsləhət verim bu il etdiyiniz fırıldaq gələn il artıq keçərli olmayacaq, gələn il pul qazanmağın başqa yollarını sınaqdan keçirin!Amma ən yaxşısı ağıllı işlər görün öz Kartlarınızın təhlükəsizliyini bir daha gözdən keçirin.Maraqlarımızı açıq şəkildə bəyan etməyin!Marağınız yoxdursa niyə məlumatları Polisə təqdim etmək istəmirsiniz?Bir daha bəyan edirəm, mən Azərbaycan Respublikası vətəndaşıyam. Dövlətin qanunlarına Siz də tabe olmalısınız, biz də!