Prezident cənab İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır və onların, yəni yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanlarımızın rifahına daha bir dəstəkdir.
Bunu pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə nazir müavini Rəşad Mustafayev vurğulayıb. O, Sərəncamla bütün pensiyaların 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırıldığını qeyd edib.
İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir. Bununla da orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. 📈
➡️ https://sosial.gov.az/az/media/xeberler/pensiyalarin-indekslesdirilerek-artirilmasina-dair-brifinq-kecirilib-8994


























