Oğuz Rayon Mərkəzi Xəstəxanasında növbəti əməliyyat uğurla icra olunub
Oğuz Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində növbəti uğurlu əməliyyat icra olunub.
İri ölçülü qasıq yırtığı şikayəti ilə müraciət edən pasiyentə zəruri instrumental və diaqnostik müayinələr nəticəsində cərrahi əməliyyat-prolentorun tətbiqi ilə herinoplastika əməliyyatı tövsiyə olunub.
Uğurla icra olunan əməliyyat peşəkar həkim-cərrahlar tərəfindən müasir tibbi protokollara uyğun şəkildə aparılıb.
Əməliyyatdan sonra pasiyentin vəziyyəti stabil qiymətləndirilir, reabilitasiya dövrü normal keçir.
Xəstəxanamızda əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətin göstərilməsi və müasir müalicə üsullarının tətbiqi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Oğuz rayon mərkəzi xəstəxanası



















