“Sabahın alimləri” müsabiqəsinin final turuna vəsiqə qazanmış şagirdlər və onların müəllimləri ilə görüş keçirilib

“Sabahın alimləri” müsabiqəsinin final turuna hazırlıqla bağlı Regional İdarənin müdir müavini Rahim Novruzovun və Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradovun iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə müsabiqənin final turuna vəsiqə qazanmış şagirdlər və onların layihə rəhbərləri, müvafiq rayon təhsil sektor müdirləri və məktəb direktorları iştirak etmişlər. Görüş zamanı şagirdlər və layihə rəhbərləri öz layihələri barədə məlumat vermiş, layihələrin hazırkı vəziyyəti və görüləcək işlər müzakirə olunmuşdur.
Görüş çərçivəsində şagirdlərə layihələrin təqdimatı zamanı yarana biləcək çətinliklərin həlli istiqamətində dəstək göstəriləcəyi bildirilmiş, eyni zamanda final turuna hazırlıqla bağlı tövsiyələr verilmişdir.

Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə “Sabahın alimləri” müsabiqəsinin final turuna İnternat tipli Şamaxı Avropa liseyinin IX sinif şagirdi İsmayılzadə Mədinə Ağacan qızı, həmçinin İsmayıllı şəhəri Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin XI sinif şagirdləri Zayıdova Nərmin Səbuhi qızı və Abdullayeva Müzayə Elbrus qızı vəsiqə qazanmışlar.