Avrasiyada təhlükəsizlik arxitekturası gözlərimiz önündə, şahidliyimiz və bəzən də iştirakımızla dəyişir. Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə etiraz edən və bütövlükdə Moskvanın imperiya siyasətinə etiraz edən hər bir şəxs Rusiya mərkəzli avrasiyaçılığın dağılmasının iştirakçısıdır. Rusiyanın cinayətkar siyasətini pisləyən, belə status və yayımları bəyənən, paylaşan və şərh yazan hər bir şəxs Moskvanın imperiya siyasətinə qarşı mübarizənin iştirakçısıdır.
Rusiya artıq regionun hakimi deyil. Hətta regional lider və güc mərkəzi də deyil. Rusiyanın geosiyasi çəkisi azalaraq yox olmaq mərhələsinə daxil olub. Rusiyanın geosiyasi gücü Ukraynanın Şərq vilayətlərində ağır itgilərlə müşaiyyət olunan səngər döyüşü aparmaqdan, Türkiyə mediasındakı saxta tərifdən ibarətdir.
Hərbi cinayətkar Putinin xammal ixracı üzərində qurduğu iqtisadiyyat çökür. Dövlət büdcəsinin üçdə birini təmin edən neft sənayesi ən ağır günlərini yaşayır.
Raşizmin təbliğat maşını da Rusiyanı bürüməkdə olan fəlakəti görməyə və həyəcan təbili çalmağa başlayıb. Lakin hər şey çox gecdir. Rusiyanı xilas etmək, tarixin inkişaf qanunauyğunlunu dayandırmaq mümkün deyil.
İmperiya hökmən dağılacaq və Şimal torpaqlarımız (Dərbənd) ana vətənə qovuşacaq.

Xaqani Cəfərli politoloq