
3-cü yazı
Ağsu rayon suvarma sistemləri idarəsinin keçmiş rəisi,2018-ci ildən adı korrupsiyada hallanan Səfər Məmmədov,mən daxili işlər naziri cənab Vilayət Eyvazovla 2022-ci ildə Göyçayda görüşdükdən sonra, Fəxrəddin Abbasovla əlbir olaraq mənə cinayət işi açdırdı.Baş təhqiqatçı Vüsalı Oktay və Rasim qardaşlarının evinə göndərdi,onlar mənim əleyhimə ərizə yazdılar ki,guya mən torpaq zəbt etmişəm.Mənim şikayətim əsasında Səfər Məmmədov mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinə çağırılmışdı.Oradan gələn günün sabahı məni ikinci dəfə məhkəməyə verdi.19 nəfər Kəndoba kənd sakinləri adından Prezidentə yazılan şikayət məktubunu guya onların xəbəri olmadan mən yazmışam deyə şərləyərək məni məhkəməyə verdi.Bundan sonra ərazi üzrə icra nümayəndəmiz 19 nəfərin adından izahat yazır və imzalayır ki,bizim ərizə və imzadan xəbərimiz yoxdur.Bununla da mənə ikinci dəfə məhkəmə işi açıldı.Məmur harınlığına görə 5-6 ay məhkəmə qapılarında qaldım.Torpaq zəbti ilə əlaqədar guya araşdırma aparılan zaman icra başçısı ilə görüşdüm, haqsızlığa uğradığımı bildirdim.Cavabında elə sifarişçi elə başçı Rövşən Bağırovun özünün olduğu mənə məlum oldu.Səfər Məmmədovu çağırım, ondan üzr istə,barış,hər şey həll olsun dedi.Mən ona yox dediyimdə özün bil,get məsələni həll et,yaxşısı budur, köç get burdan dedi.
Cənab Prezident,siz çıxışlarınızda deyirsiniz ki,məmur xalqı incitməməlidir,incidirsə mən yerini ona göstərəcəyəm,yetər ki,siz mənə yazın.Ağsuda icra hakimiyyəti başçısı Rövşən Bağırov məmurun,oğrunun,büdcədən saxtakarlıqla külli miqdarda pul mənimsəyənlərin məmurdur.Ardı var…
Redaksiyadan: Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Yazıda səslənən fikirlərə görə saytımız məsuliyyət daşımır və bütün ifadələr şikayətçiyə aiddir
Şimalregion.az məktublar şöbəsi