
İran xarici işlər naziri Abbas Araqçı İranın nüvə silahından imtina etməyə hazır olduğunu bəyan edib. Nə baş verir?
“Yüksələn Şir” əməliyyatı çərçivəsində non-stop rejimində İrana zərbələr endirilir. Son günlər ərzində 100-dən çox(!!!) hərbi infrastruktura aid obyektlərə zərbələr endirilib, o cümlədən nüvə infrastrukturuna.
Son iki saat ərzində İsrail Müdafiə Qüvvələri Tehranın paytaxtını və hökumət binalarını intensiv şəkildə bombalayır, zərbələrin hədəfi bu gün:
- İran Hərbi-Hava Qüvvələrinin qərargahı;
- Tehran polisinin qərargahı;
- İran Atom Enerjisi Təşkilatının qərargahı;
-Kəşfiyyat Nazirliyi; - SEPAH-ın qərargahı;
- İran parlamentinin binası.
Bundan əlavə İranda bütün radiolokasiya sistemlərini istehsal edən Shiraz Electronics İndustries və PUA-ları(Şahed) istehsal edən İsfahan zavoduna da çox güclə zərbələr endirilib.
Ayrıca bunu da qeyd etmək lazımdır ki, Məşhəd şəhərində yerləşən hava limanına zərbə endirilib. Niyə bu xəbər vacibdir? Məşhəd İranın ən cənub şəhəridir və İsraildən Məşhədə qədər məsafə 2300 km-dir.
Qayıdaq Abbas Araqçının bəyanatına. İran indi nə desələr qəbul edər, amma artıq gecdir. İsrail faktiki olaraq İranın bütün hərbi infrastrukturunu SIFIRLAYIR.
Simalregion.az