
ABŞ hərbi aviadaşıyıcı gəmisini Yaxın Şərqə göndərir
ABŞ növbəti dəfə öz vətəndaşlarına İranı dərhal tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
ABŞ rəsmisi Fox News-a bildirib ki, İsrail-İran gərginliyi fonunda “USS Nimitz” aviadaşıyıcısl Cənubi Çin dənizindən Yaxın Şərqə istiqamət alıb.
“USS Nimitz” ABŞ-ın strateji nüvə aviasiya gücünü nümayiş etdirən simvolik gəmi olaraq tanınır. Təyyarə daşıyıcısı gəmi yalnız hərbi əməliyyatlarda deyil, həm də siyasi mesajlar üçün güc nümayişi kimi istifadə olunur.
Gəmi 60–75-ə yaxın hərbi təyyarə və helikopter daşıya bilir. Bu rəqəm missiya və əməliyyat məqsədlərindən asılı olaraq dəyişə bilir.