
Şəkidə polis qanunsuz silah-sursat və narkotik aşkarlayıb. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlamaqda və narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. 64 yaşlı Nizami Seyidov 1 ədəd “Kalaşnikov” avtomatı, 1 daraq və 51 ədəd patron, aqrotexniki qulluq göstərilmiş çətənə kolları aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, silahı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə edib. V.Həşimovun yaşadığı ünvandan isə trpağa basdırılmış 1960 ədəd patron, 1 ov tüfəng, çətənə kolları aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.