Şamaxı, 5 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı rayonunda dəm qazından zəhərlənmə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü – ana və iki övladı zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Azərtac



















