ABŞ Prezidenti Donald Tramp Omanda İranla keçirilən danışıqlardan sonra açıqlama verib.
Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp görüşlərin müsbət keçdiyini bildirib.
Onun sözlərinə görə, danışıqlar çox yaxşı atmosferdə baş tutub və İran tərəfi razılaşma əldə etmək niyyətindədir.
Tramp qeyd edib ki, danışıqların nəticələri ictimaiyyəti təəccübləndirə bilər.
“Əgər İran bu gün ilk görüşümüzdə təklif etdiklərini əvvəldən irəli sürsəydi, bu təkliflər dərhal qəbul edilərdi”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini bir daha diqqətə çatdırıb. O bildirib ki, tərəflər arasında danışıqlar davam edəcək və gələn həftə İran nümayəndə heyəti ilə yenidən görüş planlaşdırılır.
Dünya kiv



















