Son vaxtlar 6- Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin RMTM əməkdaşları çox canfəşanlıq edirlər.İlkin baxışda belə görünür ki,bu şəxslər əməksevər,təbiətsevər və nə bilim nəsevərlərdir.Son günlərdə baş verənlər əslində onların əsl kimliyini ortalığa qoydu.Demək olar ki,maskalar yırtıldı və onların tamamilə ifşası baş tutdu.Şahdağ milli parkı ərazisində təbii fəlakət zamanı milyonlarla ağacların yıxılması adı çəkilən meşə təsərrüfatı mərkəzi tərəfindən böyük coşqu ilə qarşılandı.Bəli,burada milyonlarla qazancdan söhbət gedir.Regional meşə təsərrüfatı mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdi və odun tədarükünə start verilməsi üçün icazə istədi.Həmin gündən tərəflər arasında münaqişə başlandı.Meşə təsərrüfatı mərkəzi addımbaşı park əməkdaşları haqqında həqiqətə uyğun olmayan məlumatlar ötürməklə nazirliyi inandırmağa çalışırdı ki,bəs park əməkdaşları meşələrdən daşınan ağacları düzgün istiqamətdə deyil şəxsi maraqları üçün yönləndirirlər.Sonda baş verən və görülən işlər ondan xəbər verir ki,hələ 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrdən yıxılmış ağacların gələcəkdə yanğına səbəb olmaması üçün daşınması prosesi düzgün aparılmayıb.Ümumiyyətlə,bu prosesdə iştirak edən şəxslərin özləri meşə qıran və bu sahədə ixtisaslaşmış brokonerlərdən ibarətdir.Son günlərdə park ərazisində baş verən olaydan sonra əvvəllər də mətbuat ilə gizli əlaqələri olan Füzuli Nadirov özünü ifşa etdi və hətta nazir vəzifəsini icra edən Rəşad İsmayılovun şəklini göndərdiyi videoda qoydurmaqla sözün əsl mənasında ETSN-nə meydan oxudu.Füzuli Məmmədovun əvvəlki fəaliyyəti və 6-Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyəti barəsində daha geniş məlumatlar əldə etmişik və həmin materialların hazırlanması prosesi yekunlaşan kimi onları geniş oxucularımıza təqdim edəcəyik.

Redaksiyadan: Faktla bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.Bizi izləməyi unutmayın çox ciddi nöqsanlar və qanunsuzluqlar barəsində yazılarımız olacaq.