Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2026-cı il tarixli, 42 nömrəli Qərarına əsasən Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi, həmyerlimiz Fikrət Qocanın adı verilib.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzası rəhbər tutulmaqla, görkəmli söz ustadı, Azərbaycanın Xalq şairi Fikrət Qocanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə qəbul edilib.
Qeyd edək ki, bu addım Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın zəngin ədəbi irsinin təbliği və gələcək nəsillərə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Ağdaş rayon icra hakimiyyəti