10 fevral 2026-cı il tarixində İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Valideyn -məktəb əməkdaşlığı” mövzusunda ümumməktəb valideyn iclası keçirildi.
İclasda,
-Valideyn -məktəb əməkdaşlığının mövcud vəziyyətinin təhlili və gücləndirilməsi istiqamətlərinin müəyyən edilməsi,
- Valideynlərin təhsil prosesində iştirak səviyyəsinin artırılması üzrə mexanizmlərin müzakirəsi,
- Ailə və məktəb arasında qarşılıqlı fəaliyyətin təşkili və koordinasiyasının təkmilləşdirilməsi,
- Valideyn dəstəyinin şagird nailiyyətlərinə təsirinin qiymətləndirilməsi,
- Təhsil prosesində ailənin rolunun artırılmasına yönəlmiş tədbirlərin planlaşdırılması məsələləri müzakirə olundu.
Sonda valideynlərin fikirləri dinlənildi, təklifləri müzakirə olundu.



























